Əməliyyat İmkanları Konsepsiyası

PAP prosesinin tamamlanması və NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Azərbaycan, Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramının treninq, qiymətləndirmə və rəy alətlərindən istifadə etməyə davam edir. Azərbaycan piyada bölüyünü hazırlamaq və qiymətləndirmək üçün ƏİK prosesindən istifadə etmişdir. Bu bölük, 1 may 2008-ci il tarixdə 1-ci səviyyəli NATO qiymətləndirməsini keçirmiş və 2009-cu ilin oktyabr ayında isə 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimindən müvəffəqiyyətlə keçmişdir. Azərbaycan 2010-cu ildə piyada taborunu ƏİK Qiymətləndirmə və Rəy prosesinə elan etmiş və 7-16 oktyabr 2011-ci il tarixlərində NATO, ABŞ və Türkiyə ekspertlərinin müşahidəçiliyi ilə taborun 1-ci səviyyəli özünü qiymətləndirmə təlimini həyata keçirmişdir. Taborun 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi 2012-ci il 18-24 iyun tarixində müvəffəqiyyətlə keçirilmişdir. ƏİK qüvvələr toplumuna elan olunmuş tabor 2013-ci ilin oktyabrında 2-ci səviyyəli özünü qiymətləndirməni, 2014-cü ilin may ayında 2-ci səviyyəli NATO qiymətləndirilməsini uğurla keçmiş və sertifikat almışdır.

2015-ci ilin əvvəlindən başlayaraq, ƏİK çərçivəsində bir kəşfiyyat bölüyü elan olunmuşdur və qiymətləndirmə prosesinə hazırlanır. Uzunmüddətli olaraq, 2019-cu ilin sonunadək Azərbaycan, döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla bütöv bir taborun əməliyyatlarda açılması və özünü saxlamaq imkanında olması məqsədi ilə, müvafiq briqadanın təlim və təchizatını başa çatdırmağı planlaşdırmışdır. Bu, hansısa mənada Azərbaycanın təkcə SNT əməliyyatlarına qüvvələrinin tələb olunan hazırlıq səviyyəsindən savayı, həmdə, gələcəkdə  NATO ilə fərdi və birgə fəaliyyətin inkişafı üçün əhəmiyyətli zəmanət yaradır.