Tərəfdaşlığın Qərargah Elementi

Təlim proqramları, sülhməramlı missiya və təlimlərdə iştirak vasitəsi ilə, SNT, NATO həmkarları ilə tam uyarlı olan zabitlərin yeni nəslini bəsləyir. Bu baxımdan Tərəfdaşlığın Qərargah Elementi (TQE) Konsepsiyası olduqca dəyərli bir alətdir. TQE Konsepsiyası, təcrübə və bilik əldə etmək məqsədi ilə, Müttəfiqlərlə çiyin-çiyinə eyni qərargah və iş yerlərində çalışmaqla, Tərəfdaş zabitləri üçün müxtəlif NATO Qərargah və Komandanlıqlarında xidməti etmək imkanını yaradır. Azərbaycan bu vasitədən effektiv olaraq istifadə edir və 2002-ci ildən etibarən TQE vəzifələrinə iyirmi zabit vermişdir. Hal-hazırda on Azərbaycan zabiti müxtəlif NATO qərargahlarındakı vəzifələrdə xidmət edir.