2017-05-02
Azərbaycanın 2017-ci il üzrə Planlaşdırma və Analiz Prosesi üzrə Qiymətləndirmə sənədinin müzakirəsinə dair Mətbuat Buraxılışı

Azərbaycanın 2017-ci il üzrə Planlaşdırma və Analiz Prosesi üzrə Qiymətləndirmə sənədinin müzakirəsi məqsədi ilə cari ilin 2 may tarixində NATO Mənzil Qərargahında Azərbaycan və NATO nümayəndələri arasında görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Müdafiə, Xarici İşlər, Daxili İşlər, Fövqəladə Hallar, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, o cümlədən Dövlət Sərhəd Xidmətinin nümayəndələri iclasda iştirak etmişdirlər. İclas zamanı ölkəmizin qiymətləndirmə dövrü ərzində əldə etdiyi nailiyyətlər Azərbaycan nümayəndə heyəti, NATO-nun üzv və tərəfdaş dövlətləri və NATO ekspertləri tərəfindən müzakirə olunmuşdur. İclas zamanı əsas diqqət müdafiə və təhlükəsizlik sektorundakı islahatlara, hərbi təlim və təhsilə, uyarlılıq və müdafiə bacarıqlarına yönəlmişdir.  Görüş zamanı Azərbaycan beynəlxalq sülhə dəstək əməliyyatlarına töhfəsinə  və müdafiə və təhlükəsizlik sektorunda həyata keçirdiyi islahatlara görə təqdir edilmişdir. 

növbəti xəbər əvvəlki xəbər