2019-04-19
NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Bruks Azərbaycana səfər etmişdir

ATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Bruks 17-18 aprel, 2019-cu il tarixində Bakıya səfər etmişdir. Səfər zamanı Yan Bruks Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və digər rəsmi şəxslərlə görüşmüşdür. General-leytenant Bruks həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyasının tələbələri qarşısında çıxış etmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüş keçirmişdir.

Görüşlər zamanı general-leytenant Bruks Azərbaycanın beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfənin təqdirəlayiq olduğunu bildirmişdi. O, Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına davamlı dəstəyinə, qüvvə töhfəsinə, ərazisindən Əfqanıstana tranzit daşımalarının həyata keçirilməsinə şərait yaratdığına, o cümlədən Əfqanıstan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə yardımına görə təşəkkür etmişdir.

 

Mənbə: Azərbaycan Respublikas Müdafiə Nazirliyi

növbəti xəbər əvvəlki xəbər