Səfir

Qaya Məmmədov

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı

Qaya Məmmədov 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilmişdir. 2017-ci ilin sentyabr ayından bu vəzifəyə təyin edilənədək Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra etmişdir. O, 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlamışdır. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışmışdır. Q.Məmmədov 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləmişdir.

Q.Məmmədov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Q.Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistratura pillələrini bitirmiş, ABŞ-ın Taft Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində diplomatiya ixtisası üzrə magistr təhsili almışdır. O, NATO Müdafiə Kollecinin 2005-2006-cı illər üzrə 107-ci Ali kursunun məzunu olmuşdur. Q.Məmmədov Almaniya Xarici İşlər Nazirliyinin Diplomatiya Məktəbində, Harvard Universitetinin Con F.Kennedi adına İdarəçilik Məktəbində, Təhlükəsizlik məsələləri üzrə Corc Marşal adına Avropa Mərkəzində və ABŞ Milli Müdafiə Universitetində təlimlər keçmişdir.

Q.Məmmədov ingilis, alman və rus dillərini sərbəst, fransız dilini orta səviyyədə bilir. O, Xəzər Universiteti və ADA Universitetində xarici siyasət və diplomatiya məsələləri üzrə mühazirələr vermişdir.

Arxiv üzrə axtarış