2016-07-08

Prezident İlham Əliyev Varşavada NATO-nun Sammitinin açılış mərasimində iştirak edib

Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.

Prezident İlham Əliyev Sammitin açılışında iştirak edib.

NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.

NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamladılar.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Sonra NATO-nun Sammiti işə başladı.

Alyansın baş katibi Yens Stoltenberq iştirakçı ölkələrin dövlət və hökumət nümayəndələrini, həmçinin beynəlxalq təşkilatların rəsmilərini salamlayaraq, Zirvə görüşünün uğurla keçəcəyinə əminliyini ifadə etdi.

Daha sonra NATO-ya üzv ölkələrin dövlət bayraqları Sammitin keçirildiyi salona gətirildi.

Dövlət və hökumət başçıları NATO əməliyyatlarında həlak olan hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

NATO-nun baş katibi Yens Stoltenberq ötən Zirvə görüşündən sonra görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Estoniya, Latviya və Litvada NATO-nun fəaliyyətinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. “Bütün bunlar bizdən xüsusi səy tələb edəcək. Biz düzgün istiqamətdə irəliləyirik və irəliləyəcəyik”, - deyən Y.Stoltenberq Sammitə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Polşa Respublikasına minnətdarlığını çatdırdı.

Polşa Prezidenti Andjey Duda NATO Sammitinin ölkəsində keçirilməsindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, hazırda demokratik dəyərlər təhlükə altındadır və münaqişələr dünyada qeyri-sabitliyin yaranmasına, terrorizm kimi çağırışların üzə çıxmasına xidmət edir. Andjey Duda vurğuladı ki, bu gün xalqlarımız bizdən üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsini gözləyir.

Qeyd edək ki, Varşava Sammiti ilə NATO adaptasiya prosesinin yeni mərhələsinə qədəm qoyur. NATO Estoniya, Latviya, Litva və Polşada dörd batalyonunu yerləşdirməklə Alyansın şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu daha da gücləndirəcək. Sammitdə Cənubdan qaynaqlanan çağırışlara NATO-nun daha da uyğunlaşdırılması üçün çərçivə sənədi qəbul ediləcək.


W1siziisijiwmtyvmdcvmdgvogl6nte5m29jcl8wmdeuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=beda8ec98095beff

 

W1siziisijiwmtyvmdcvmdgvngy1yxfvmtq0al8wmdiuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=4c17b425e8420008

 

W1siziisijiwmtyvmdcvmdgvohhoewj4awxjov8wmdmuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=8870a0cea54a5f92

 

W1siziisijiwmtyvmdcvmdgvmmk1c3zma3v0yv8wmduuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=80abafc106a80175

 

W1siziisijiwmtyvmdcvmdgvnjfxytztetltaf8wmdyuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=b77dcb7a49e31d9c

 

W1siziisijiwmtyvmdcvmdgvmnm5bxhnbwm3yl8wmdquanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=41835e534ad2861f

Arxiv üzrə axtarış