2017-11-23

Prezident İlham Əliyev NATO-ya səfər etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına səfər etmişdir.

Səfər çərçivəsində Prezident İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq arasında ikitərəfli görüş və birgə mətbuat konfransı keçirilmişdir. Daha sonra Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etmişdir.

Ətraflı məlumat üçün aşağıdakı keçidlərdən istifadə edin:

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb

Brüsseldə İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər

İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib

Arxiv üzrə axtarış