2018-05-15

Bakıda NATO tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir

NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.
Mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir.
Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.

Mənbə: Azərbaycan Respublikasi Müdafiə Nazirliyi

Arxiv üzrə axtarış