2018-09-27

Azərbaycan NATO həftəsi

2018-ci ilin sentyabrında Azərbaycanda NATO Həftəsi keçirilmişdir. Bu, Avro-Atlantik təhlükəsizliyin və Azərbaycanla NATO arasında əməkdaşlığın müxtəlif aspektlərinə, habelə NATO-Azərbaycan tərəfdaşlığı və NATO barədə ictimaiyyətin məlumatlandırılmasına yönəlmiş bir sıra tədbirlərdən ibarət idi. 

NATO Baş katibinin müavini xanım Rouz QottemöllerNATO Parlament Assambleyasının prezidenti cənab Paolo Alli NATO Həftəsi tədbirlərində iştirak etmək və yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşmək üçün Azərbaycana səfər etmişdirlər.

20 sentyabr 2018-ci ildə Azərbaycan NATO Həftəsinin başlıca tədbiri olan Qadınlar, Sülh və Təhlükəsizlik üzrə NATO/AATŞ-ın yüksək səviyyəli konfransına ev sahibliyi etmişdir. Azərbaycan 1918-ci ildə qadınlara səsvermə hüququ verən ilk Müsəlman əksəriyyətli Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramında iştirak edən NATO-nun tərəfdaş ölkəsidir. Sözügedən konfrans qadın, sülh və təhlükəsizlik məsələləri gündəminin daha dərindən başa düşülməsi, habelə müdafiə, təhlükəsizlik sektoru islahatı və birgə təhlükəsizlik mövzuları daxil olmaqla müxtəlif siyasi kontekstlərdə gender perspektivinin nəzərdən keçirilməsi üçün yol açmışdır. 

NATO Həftəsi çərçivəsində Azərbaycanın Alyansla birgə təşkilatçılığı ilə 17-21 sentyabr 2018-ci il tarixlərində Əfqanıstan dövlət qurumlarının  nümayəndələri üçün Silahlı Qüvvələr üzərində mülki nəzarət (COAF) kursu keçirilmişdir. Kursun məqsədi Əfqanıstanın yüksək və orta vəzifəli dövlət rəsmilərini davamlı müdafiə və təhlükəsiz islahatlarının daha geniş kontekstində COAF sahəsi üzrə təcrübələr ilə tanış etməkdən ibarət olmuşdur. 

NATO Həftəsi ərzində Azərbaycanın Ceyrançöl ərazisinin minalardan təmizlənməsi üzrə NATO/SNT Etimad Fondu layihəsinin uğurla başa çatması Azərbaycan və NATO-nun yüksək vəzifəli rəsmilərinin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. NATO üzv və tərəfdaş ölkələrin dəstəyi ilə layihə çərçivəsində 6400 ha əkinə yararlı ərazilər mina və digər partlamamış sursatlardan təmizlənərək bu torpaqların kənd təsərrüfatı məqsədilə istifadəsinə imkan yaratmışdır. 

Əlavə olaraq, NATO Həftəsi zamanı Azərbaycan dövlət qulluqçuları üçün kiber müdafiə mövzusunda 10 günlük treninq keçirilmişdir. NATO-nun Sülh Naminə Elm (SPS) proqramı tərəfindən dəstəklənən kurs operativ kiber təhlükəsizliyə dair məlumatlılığın artırılması və Azərbaycanın bu sahədəki təhlükəsizlik ehtiyaclarının ödənilməsinə xidmət etmişdir. 

Bundan başqa, 12-14 sentyabr 2018-ci il tarixlərində NATO Parlament Assambleyasının Keçid və İnkişaf alt-Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı regionda təhlükəsizlik və sabitlik, eləcə də enerji təhlükəsizliyi kimi qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

Səfər çərçivəsində xanım Qottemöller, həmçinin, tələbələrlə görüşmüş və "NATO – sülh və təhlükəsizlik üçün birgə işləmək" mövzusunda mühazirə vermişdir.

Arxiv üzrə axtarış