“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 may 2026

Azərbaycanın gənc diplomatları NATO mənzil-qərargahında iki günlük səfərdədir

12-13 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müxtəlif idarələrindən gənc diplomatların NATO mənzil-qərargahı və NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığına (SHAPE) növbəti iki günlük səfəri başlayıb.

Belçikanın Krallığının Brüssel şəhərində yerləşən NATO mənzil-qərargahına səfər çərçivəsində gənc diplomatlar Alyansın cari gündəliyi, tərəfdaşlıqları, tərəfdaş dövlətlərlə praktiki əməkdaşlığı, ictimai kommunikasiyası, enerji təhlükəsizliyi və dayanıqlılıq istiqamətində siyasəti mövzuları üzrə NATO tərəfindən təşkil edilmiş seminarlarda iştirak edir.

Xarici İşlər Nazirliyinin gənc diplomatları səfər çərçivəsində, həmçinin Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığında (SHAPE) Komandanlığın strukturu, Alyansın cari əməliyyatları, beynəlxalq sülh və təhlükəsizlik sahəsində rolu ilə bağlı seminarlarda iştirak ediblər.

Səfər çərçivəsində, gənc diplomatların, həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinə ziyarəti nəzərdə tutulub.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti