Qüvvələrin NATO ilə uyarlığı

Planlaşdırma və Analiz Prosesi

1997-ci ildə Azərbaycan, NATO standartları və proseduralarına uyğun olaraq müdafiə və qüvvə planlaşdırması üçün özülün təmini, Müttəfiq qüvvələr ilə uyarlılığa nail olunması və xüsusi ilə də çoxmillətli məşq, təlim və əməliyyatlar üçün müyəssər ola biləcək qüvvə və imkanların təsis edilməsi məqsədlərinə yönəlmiş, SNT-nin Planlaşdırma və Analiz Prosesinə (PAP) qatılmışdır. PAP çərçivəsində göstərilmiş bu məqsədlərə nail olunması və qüvvələrin SNT məşq və təlimlərinə və NATO-nun başçılığı altında aparılan əməliyyatlara müyəssər edilməsi üçün, Azərbaycanın Müdafiə Nazirliyi elə həmin ildə sülhməramlı qüvvələrini yaratmışdır.

O zamandan başlayaraq, müdafiə və qüvvələrin planlaması sahəsində NATO-nun məsləhətini, dəstəyini və rəhbərliyini təmin etməkdə, PAP əhəmiyyətli rol oynayır. Hər il, Azərbaycan, NATO ekspertləri və Müttəfiqlərlə birgə, cari milli hərbi və müdafiə məqsədlərini dəstəkləmək üçün Tərəfdaşlıq Məqsədləri toplusunun icmalı və gələcək inkişafını həyata keçirir. Azərbaycan tərəfindən qəbul olunmuş Tərəfdaşlıq Məqsədlərinin sayı, 1997-ci ildən etibarən, davamlı olaraq artmışdır.  Adətən bu toplu, hərbi və müdafiə sahələrinin geniş aspektlərini əhatə edən və sülhməramlı əməliyyatlara təxsis edilmiş qüvvələrin özülünü təşkil edən, 40-a qədər Tərəfdaşlıq Məqsədini özünə daxil edir.

Azərbaycanın PAP prosesində müvəffəqiyyətli iştirakı, 2003-cü ildə Sülhməramlı Taborun yaradılması ilə nəticələnmişdir. NATO-nun başçılığı altında aparılan əməliyyatlar üçün təyin edilmiş qüvvələrin əksəriyyəti hazırdır. Bu öz növbəsində,  PAP çərçivəsində yeni Tərəfdaşlıq Məqsədlərinin qəbulu və yerinə yetirilməsi üçün zəmanət verir.

Arxiv üzrə axtarış