2015-05-29

Azərbaycan və Avropa: idmanda rəqib, sülh naminə tərəfdaş” mövzusunda foto sərgi keçirilib.

Azərbaycanın NATO yanında Nümayəndəliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Brüssel ofisinin dəstəyi ilə NATO Mənzil Qərargahında Azərbaycanın NATO-nun Sülh  naminə  Tərəfdaşlıq Proqramına qoşulmasının 21 illiyinə və I Avropa Oyunlarının təqdimatına həsr olunmuş “Azərbaycan və Avropa: idmanda rəqib, sülh naminə tərəfdaş” mövzusunda foto sərgi keçirilib.  

Sərgidə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektlərini, o cümlədən siyasi dialoq, əməliyyatlara töhfə, mülki fövqəladə planlama, ictimai diplomatiya və müdafiə sahəsində əməkdaşlığı əks etdirən fotolarla yanaşı, Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən I Avropa Oyunları ilə bağlı keçirilmiş fotoqrafiya müsabiqəsində seçilmiş fotolar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Avropa Cəmiyyəti (TEAS) tərəfindən I Avropa Oyunlarının təbliğatı məqsədi ilə təşkil olunmuş fotoqrafiya müsabiqəsində 10 ölkədən 50 fotoqraf 300-dən artıq foto ilə iştirak edib. Müsabiqədə seçilmiş 65 ən yaxşı foto Avropanın müxtəlif ölkələrində nüfuzlu qalereyalarda nümayiş olunub.

Sərgidə həmçinin I Avropa Oyunları ilə bağlı video çarx göstərilib və çap materialları yayılıb.

Arxiv üzrə axtarış