2013-04-12

Nazir Elmar Məmmədyarovun NATO/Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin nazirlər görüşündə çıxış

Cənab Baş katib,
 
Həmkarlar, xanımlar və cənablar,  
 
İlk növbədə nazir Osmani və Daudzaiyini salamlamaq istərdim. Əfqanıstan ilə strateji və qardaşlıq xarakteri daşıyan əlaqələrimiz möhkəm ikitərəfli əməkdaşlığa əsaslanaraq, daha da inkişaf etmək üçün böyük potensiala malikdir.
 
Qeyd olunanların, bizim regional təhlükəsizlik narahatlıqlarımızın və NATO ilə möhkəm əlaqələrimizin fövqündə Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri və 2014-cü ildən sonrakı Əfqanıstan missiyası gündəliyimizdə prioritet məsələ olaraq qalmaqdadır.
 
Azərbaycan Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonrakı missiya üçün potensial əməliyyat tərəfdaşı olaraq qüvvə, təlim, tranzit və maddi baxımdan əsaslı şəkildə töhfə verməyə qadirdir.
 
Azərbaycan Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün əsas tranzit marşrutudur və 2014-cü ildən sonrakı əməliyyat üçün də bu kimi tranzit rolunu daşıyacaqdır. Bu xüsusda, Türkiyə və Gürcüstan kimi dostlarımızla yaxından birgə işləyirik. Yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Azərbaycanda yeni Xəzər dəniz limanı ölkəmizin tranzit imkanlarını ciddi şəkildə artıracaqdır.
 
Əlavə olaraq, Azərbaycan hökuməti artıq Əfqanıstan milli ordusu üzrə etimad fonduna töhfə vermək üzrə öhdəliyini bildirmiş və bu kimi ianələrini davam etdirəcəkdir.
 
Çıxışımın sonunda qısaca olaraq, Azərbaycan-NATO tərəfdaşlığına toxunmaq istərdim. Biz qətiyyətlə alyansla qarşılıqlı öhdəliyə əsaslanan və etibarlı xarakter daşıyan münasibətlərin tərəfdarıyıq. Bölüşdüyümüz prinsiplər və dəyərlər, eləcə də müxtəlif mövcud və meydana çıxan mexanizmlər birgə baxışımız və əlaqələrimizin daha da inkişafı üçün möhkəm zəmin yaradır. 

Arxiv üzrə axtarış