2018-03-02

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra edən cənab Qaya Məmmədov NATO Parlament Assambleyasının baş katibi Devid Hobbs ilə görüşüb

02 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının baş katibi Devid Hobbs ilə görüşüb.
Görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Q. Məmmədov qarşı tərəfə Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat verərək, tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini qeyd edib.
D. Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib.

Arxiv üzrə axtarış