2019-07-21

NATO-nun Mənzil Qərargahında Azərbaycan-NATO əməkdaşlığının 25 illiyinə həsr edilmiş fotosərgi keçirilib

21 iyun – 5 iyul 2019-cu il tarixlərində Azərbaycanın NATO yanında Nümayəndəliyi tərəfindən Azərbaycan-NATO əməkdaşlığının 25 illiyinə həsr edilmiş fotosərgi keçirilmişdir. Sərgidə Azərbaycan NATO əməkdaşlığının tarixçəsi, qarşılıqlı siyasi dialoq, ölkəmizin NATO-nun sülhməramlı əməliyyatlarına töhfələrimiz, Azərbaycanın müdafiə sektorunda aparılan islahatlar barədə ətraflı məlumatı əks etdirən müvafiq stendlər, o cümlədən Alyansla əməkdaşlığımızın 25 illiyinə dair videoçarx nümayiş olunmuşdur. 

21 iyun tarixində baş tutan tədbirin açılış mərasiminə Alyansın hərbi və mülki strukturlarının, habelə üzv və tərəfdaş ölkələrin təmsilçiləri qatılmışdır. Azərbaycanın  NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, NATO-nun hərbi Komitəsi yanında Azərbaycanın nümayəndəsi polkovnik Ağaverdi Quliyev tədbirdə çıxış etmişdir. Çıxışlar zamanı Azərbaycan-NATO əməkdaşlığının tarixinə nəzər salınmış, əməkdaşlığın 25 ili ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər və bu tərəfdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

Arxiv üzrə axtarış