2022-11-22

Bakıda Qadın, Sülh və Təhlükəsizlik mövzusunda yüksək səviyyəli konfrans keçirilib

22 noyabr 2022-ci il tarixində Bakıda ADA Universitetində BMT Təhlükəsizlik Şurasının Qadın, Sülh və Təhlükəsizlik (QST) üzrə 1325 saylı Qətnaməsinin 22-ci ildönümünə həsr olunmuş "Davamlı sabah üçün qadınlar" mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə çıxış edib. C.Hüseynzadə çıxışında NATO ilə Azərbaycan arasındakı tərəfdaşlıq, ölkəmizin NATO-nun QST üzrə səylərinə verdiyi töhfələr, post-münaqişə dövründəki yenidənqurma işlərində qadınların rolu, habelə azad olunmuş ərazilərimizdəki mina problemi və bunun məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması işində yaratdığı maneələr barədə danışıb.

 

 

Arxiv üzrə axtarış