2022-12-05

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Türkiyənin NATO yanında Daimi Nümayəndəsi səfir Basat Öztürk ilə görüşüb

5 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə qardaş Türkiyənin NATO yanında Daimi Nümayəndəsi səfir Basat Öztürk ilə görüşüb.

Görüşdə NATO-Azərbaycan tərəfdaşlığı, beynəlxalq, regional və enerji təhlükəsizliyi, həmçinin Azərbaycan və Türkiyənin beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi ilə bağlı çox faydalı fikir mübadiləsi aparılıb.

 

Arxiv üzrə axtarış