2022-12-09

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin ictimai diplomatiya üzrə köməkçisi səfir Baiba Braje ilə görüşüb

9 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin ictimai diplomatiya üzrə köməkçisi səfir Baiba Braje ilə görüşüb.

Görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı, onun ictimai diplomatiya ölçüsü və regional məsələlər ətrafında müzakirə aparıb. Nümayəndəliyin başçısı, NATO-nun Azərbaycan üzrə Təmas Nöqtəsi Səfirliyi olan Latviya Respublikasının Azərbaycandakı Səfirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

 

Arxiv üzrə axtarış