2023-05-20

Azərbaycan Respublikasının nümayəndə heyəti NATO Parlament Assambleyasının Yaz Sessiyasında iştirak edir

Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb.

19-22 may 2023 tarixlərində keçiriləcək sessiyada alyansa üzv olan 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda müzakirələr aparılır.

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edir.

 

 

Arxiv üzrə axtarış