2023-06-22

Azərbaycanın dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə rəsmiləri NATO mənzil-qərargahına səfər edib

22 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının mətbuat və ictimaiyyətlə əlaqələrə cavabdeh nümayəndələrindən ibarət heyət NATO mənzil-qərargahına səfərə gəlib.

 

Səfər çərçivəsində nümayəndə heyəti NATO-nun müxtəlif struktur vahidləri tərəfindən Alyansın ictimai diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübəsi və yanaşmaları, sosial media, həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi və digər bu kimi mövzulara həsr olunan brifinq və dəyirmi masa müzakirələrində iştirak edəcək.

 

 

Arxiv üzrə axtarış