2023-12-12

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində anılıb.

12 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində böyük ehtiramla anılıb.

Nümayəndəliyin başçısı Cəfər Hüseynzadə anım tədbirində çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin və nizami ordu quruculuğunun, habelə NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın banisi olduğunu qeyd edib. Nümayəndəliyin başçısı, Ümummilli Liderin ölkəmizə böyük və əvəz edilməz töhfələri barədə danışarkən 1993-cü ildə onun Azərbaycana böyük qayıdışı ilə Azərbaycan tarixində ən dinamik və uğurlu tarixi dövrün başlandığını vurğulayıb. Əlavə edib ki, Ulu Öndər növbəti dəfə doğma xalqının köməyinə gələrək xalqını və dövlətini parçalanmadan xilas edib.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Arxiv üzrə axtarış