2016-07-08

Prezident İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub

Varşavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

W1siziisijiwmtyvmdcvmdgvmmnlbdfudw9hbv8wmdeuanbnil0swyjwiiwidgh1bwiilci2ntb4ndi2il1d?sha=97132e77976af0e2

Arxiv üzrə axtarış