2023-10-07

Azərbaycan Respublikasının nümayəndə heyəti NATO Parlament Assambleyasının İllik Sessiyasında iştirak edir.

Danimarkanın paytaxtı Kopenhagen şəhərində NATO Parlament Assambleyasının (PA) 69-cu illik sessiyası öz işinə başlayıb.

06-09 oktyabr 2023 tarixlərində keçiriləcək sessiyada alyansa üzv olan 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.

Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, Alyansın Vilnüs zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun çəkindirmə və müdafiə siyasəti, mühüm dəniz infrastrukturlarının mühafizəsi, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, NATO-nun tərəfdaşlığı və açıq qapı siyasətinin gələcəyi və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin üzvləri və Milli Məclisin NATO PA-dakı nümayəndə heyəti iştirak edir.

Arxiv üzrə axtarış