“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlər haqqında

Diplomatik əlaqələr haqqında qısa tarixi arayış

 

Xorvatiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 28 dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin 26 Yanvar tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi 2001-ci ilin Fevral ayından fəaliyyətə başlamışdır. 2011-ci ilin 17 mart tarixində Səfir Kamil Xasiyev Xorvatiya Respublikasının Prezidenti cənab İvo Yosipoviçə Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri kimi etimadnaməsini təqdim etmişdir. 2011-ci ildə Xorvatiya Respublikasının Azərbaycan Respublikasında nümayəndəliyi fəaliyyətə başlamışdır. 29.04.2019 cu il tarixində Xorvatiya Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin rəsmi açılışı olmuşdur.

Keçən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005 və 2013-cü illərdə Xorvatiya Respublikasına səfərləri, Xorvatiya Respublikasının Prezidenti cənab Stepan Mesiçin 2007-ci ildə, cənab İvo Yosipoviçin 2012-ci ildə və xanım Kolinda Qrabar Kitaroviçin 2016-ci ildə Azərbaycan Respublikasına səfərləri kimi qarşılıqlı rəsmi səfərlər baş tutmuşdur.

Əməkdaşlığın bütün sahələri üzrə bir sıra qarşılıqlı sənədlər imzalanmış və iki ölkə arasında gələcək əlaqələrin inkişafı üçün əsaslı bünövrə yaratmışdır. 2013-cü ilin 11 Mart tarixində imzalanmış “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji əməkdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi” iki ölkə arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir.

 

Siyasi əməkdaşlıq

Qısa giriş: Əməkdaşlıqda əsas meyarların qeyd olunması

Siyasi məsləhətləşmələr: 

25-26 Oktyabr 2010, Bakı – xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

8-9 May 2011, Zaqreb - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

26 Oktyabr 2011, Zaqreb - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

27 Fevral 2013, Zaqreb - xarici işlər nazirlikləri arasında beynəlxalq təhlükəsizlik üzrə məsləhətləşmələr;

5-6 Mart 2013, Zaqreb - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

27 Aprel  2017, Bakı - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

16 Sentyabr 2021, Zaqreb - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər

Ölkə başçıları

10-12 iyun 2005 – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri;

2-3 oktyabr 2007 – Xorvatiya Respublikasının Prezidenti cənab Stepan Mesiçin Azərbaycan Respublikasına rəsmi səfəri;

12-13 mart 2012 – Xorvatiya Respublikasının Prezidenti cənab İvo Yosipoviçin Azərbaycan Respublikasına rəsmi səfəri;

11-12 mart 2013 – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri;

24-25 oktyabr 2016 - Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri.

05-06 sentyabr 2018 - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri

 

Nazirlər

4-6 sentyabr 2007 -  Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Xorvatiya Respublikasına rəsmi səfəri;

5 noyabr 2012 – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin Xorvatiya Respublikasına rəsmi səfəri;

6-8 fevral 2013 – Xorvatiya Respublikasının müdafiə naziri cənab Ante Kotromanoviçin Azərbaycan Respublikasına rəsmi səfəri;

17-20 may  2014 – Xorvatiya Respublikasının ədliyyə naziri cənab Orsat Milyeniçin Azərbaycan Respublikasına rəsmi səfəri;

23-30 oktyabr 2014 – Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri xanım Vesna Pusiçin Azərbaycan Respublikasına rəsmi səfəri;

10-12 mart 2015 – Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənovun Xorvatiya Respublikasına rəsmi səfəri;

07-08 iyul 2015 -  Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Xorvatiya Respublikasına rəsmi səfəri;

15-16 iyul 2016 – Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovun Xorvatiya Respublikasına rəsmi səfəri.

15-16 oktyabr 2018 - Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovun Xorvatiya Respublikasına işgüzar səfəri.

20 fevral 2019 - Xorvatiya Ətraf Mühitin Mühafizəsi və Energetika Naziri Tomislav Çoriçin işgüzar səfəri

29 aprel 2019 -  il Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri xanım Mariya Peyçinoviç Buriçin rəsmi səfəri

19-20 Sentyabr 2021 -  il Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri cənab Gordan Grlić Radman rəsmi səfəri

26 Oktyabr 2021-il   - Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimovun Xorvatiya Respublikasına işgüzar səfəri

 

Parlamentlərarası əlaqələr 

4 - 7 İyul 2013 – Xorvatiya Parlamentinin Spikeri cənab Yosip Lekonun Azərbaycan Respublikasına rəsmi səfəri;

18-20 May 2014 – Azərbaycan Respublikası Milii Məclisinin Sədri cənab Oqtay Əsədovun Xorvatiya Respublikasına rəsmi səfəri;

2000-ci ilin 5 Dekabr  tarixində Azərbaycan Respublikası Parlamentində Azərbaycan və Xorvatiya parlamentlərarası işçi qrupu yaradılmışdır. 

2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.

13 mart 2018-ci il tarixində Bakı şəhərində keçirilmiş “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda Xorvatiya parlamentinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Mihail Zmajloviç iştirak edib.

14-15.12.2018-ci il tarixlərində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisində PAİ (İPU) təşkilatının Gənclər forumda Milli Parlament Qrupunun İcraiyyə Komitəsinin sədri Saşa Dcuyiç iştirak etmişdir.

29.04.2019-cu il - Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

8-11 sentyabr 2019-cu il - Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvlərini Azərbaycana səfər etmişlər.

20 Sentyabr  2021-il Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Şəhərlər arasında əməkdaşlığa dair məlumat

26-27.11.2018-ci il Şəki şəhər icra hakimiyyətinin nümayəndə heyəti Varajdin şəhərində səfərdə olmuşdur.

27.11.2018-ci il - Şəki şəhəri ilə Varajdin şəhəri arasında iqtisadi, mədəni, elmi, texniki və turizm sahəsində əlaqələrin yaradılması, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan münasibətlərin daha da inkişaf etməsinə töhfə vermək məqsədilə “Dostluq və əməkdaşlıq haqqında” xartiya imzalanmışdır.

10-12 sentyabr 2019-cu il tarixlərində Varajdin şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyətinin Şəki şəhərinə səfəri baş tutmuşdur.

 

Hüquqi baza

 - Azərbaycan Respublikası Prezidentinin Xorvatiya Respublikasına rəsmi səfərinə dair Birgə Bəyannamə. Zaqreb, 10-12 iyun 2005-ci il.

 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Xorvatiya Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Zaqreb, 10 iyun 2005-ci il.

 - Azərbaycan Respublikası və Xorvatiya Respublikası Prezidentlərinin Birgə Bəyannaməsi. Bakı, 2 oktyabr 2007-ci il.

 - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş. Bakı, 12 mart 2012-ci il.

 - Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi. Zaqreb, 11 mart 2013-cü il.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti