2018-09-20

Bakıda Əfqanıstanın dövlət qurumlarının nümayəndələri üçün “Silahlı qüvvələr üzərində mülki nəzarət” mövzusunda kurs keçirilib

Sentyabrın 20-də ADA Universitetində NATO-nun müdafiə sahəsində təhsilin təkmilləşdirilməsi üzrə proqramının əfqanıstanlı məzunlarına sertifikatlar təqdim edilib.

Təqdimat mərasimində çıxış edən NATO baş katibinin müavini xanım Rouz Gotemoller Əfqanıstanda hərbi təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhlükəsizliyin möhkəmləndirilməsi üçün 14 əfqan vətəndaşının iştirak etdiyi bu proqramın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Rouz Gotemoller bu cür proqramların həyata keçirilməsi üçün platforma yaratdığına görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, “DEEP Afghanistan” proqramının başlanmasından bəri Azərbaycan orada fəal iştirak edir və NATO-nun bu ölkədəki fəaliyyətinə böyük töhfə verir.

Mənbə: AZERTAC

Arxiv üzrə axtarış