“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mədəni və humanitar əməkdaşlıq

Humanitar sahədə əməkdaşlıq

 

İki ölkə arasında mədəniyyət, turizm, idman, elm və təhsil sahələrində humanitar əməkdaşlıq uğurla inkişaf edir.

 

Mədəniyət

2013-cü ilin 17-19 Dekabr tarixlərində Xorvatiya Respublikasının turizm naziri cənab D.Lorençin Azərbaycan Respublikasına səfər etmişdir.2014-cü ilin 8-9 İyul və 2015-ci ilin 27-29 May tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Ə.Qarayev Xorvatiya Respublikasına səfər etmişdir.

2014-cü ildən etibarən məhşur Xorvatiya futbolçusu olmuş R.Prosineçki Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisidir.

 

Elm və təhsil

2014-cü ildə Zaqreb Universitetində Xorvatiya vətəndaşlarına Azərbaycan dilinin öyrənilməsində kömək göstərən Azərbaycan dili kursları təşkil edilmişdir.

 

Hüquqi baza                               

 - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında mədəni əməkdaşlıq haqqında Saziş. Zaqreb, 10 iyun 2005-ci il.

 - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı,12 mart 2012-ci il.

 - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xorvatiya Respublikasının Sosial Siyasət və Gənclər Nazirliyi arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Zaqreb, 11 mart 2013-cü il. 

 - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında elm və texnika sahəsində əməkdaşlıq haqqında Saziş. Zaqreb, 11 mart 2013-cü il.  

 - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Zaqreb, 11 mart 2013-cü il.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti