20 Yanvar- Ümumxalq Hüzn Günü
Bu gün Azərbaycan “Qara Yanvar” faciəsinin 35-ci ildönümünü yad edir.
20 Yanvar Azərbaycanın tarixində həm dərin hüzn, həm də böyük qürur günü kimi yadda qalıb. 1990-cı ilin bu günündə xalqımızın igid oğulları və qızları azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizədə öz canlarını fəda etdilər. Onların zülmə qarşı göstərdiyi cəsarət müstəqilliyimizin bərpası yolunda dönüş nöqtəsinə çevrildi.
Biz onların müqəddəs xatirəsi qarşısında baş əyir və uğrunda mübarizə apardıqları idealları qorumağa sadiqliyimizi bir daha bəyan edirik. Onların fədakarlığı Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq. Ruhları şad olsun!