“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 23 sentyabr 2024

ANAMA nümayəndə heyətinin NATO mənzil-qərargahına rəsmi səfəri başlayıb

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyətinin NATO mənzil-qərargahına rəsmi səfəri başlayıb.

Səfərin ilk günündə ANAMA nümayəndələri və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi Alyansın Lüksemburqda yerləşən Təchizat və Dəstək Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək Bölməsinin rəhbəri Orxan Muratlı və digər rəsmilərlə ikitərəfli görüşlər keçiriblər.

Görüşlər zamanı Azərbaycanın üzləşdiyi mina problemi və problemin həlli istiqamətində NATO-nun maliyyə və texniki yardımı, həmçinin müasir texnologiyaların öyrənilməsi və yeni metodların tətbiqi kimi məsələlər müzakirə edilib.

Tərəflər, eyni zamanda, humanitar minatəmizləmə sahəsində qarşılıqlı təcrübə mübadiləsini də geniş şəkildə müzakirə ediblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti