Azərbaycan NATO-nun əsas mülki fövqəladə halların idarə edilməsi üzrə təlimi olan “BULGARIA 2025” təlimində iştirak edib
Azərbaycan NATO-nun əsas mülki fövqəladə halların idarə edilməsi üzrə təlimi olan “BULGARIA 2025” təlimində iştirak edib. Təlim NATO-nun Təbii Fəlakətlərə Cavab Tədbirləri üzrə Avro-Atlantik Koordinasiya Mərkəzi (EADRCC) və Bolqarıstan Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunub.
NATO Baş katibinin müavini Radmila Şekerinska təlimin açılışında iştirak edib.
“BULGARIA 2025” təlimi dünyada ən böyük və ən mürəkkəb fövqəladə hallar üzrə təlimlərdən biridir. Təlimin məqsədi hərbçiləri, alimləri və ilk yardım qruplarını bir araya gətirərək fəlakətlərə qarşı hazırlığı artırmaq və insan həyatını xilas etməkdir.
