Azərbaycan Respublikası nümayəndə heyəti NATO Parlament Assambleyasının 99-cu Rouz-Rout seminarında iştirak etmişdir
Nümayəndəliyin başçısı Qaya Məmmədov Milli Məclisin nümayəndə heyəti ilə birlikdə NATO Parlament Assambleyasının 11-14 aprel 2019-cu il tarixlərində Türkiyədə keçirilmiş 99-cu Rouz-Rout seminarında iştirak etmişdir.
Seminarda Yaxın Şərq, Aralıq dənizi və Orta Asiya regionlarında sülh və təhlükəsizlik, NATO və digər beynəlxalq aktorların bu regionlarda siyasəti ətrafında müzakirələr aparılmışdır. Seminarda “Miqrasiya: Humanitar və təhlükəsizlik çağırışları arasında” mövzusunda paneldə çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycandakı qaçqınlar və məcburi köçkünlər problemi barədə məlumat vermiş, bu problemə beynəlxalq ictimaiyyətin artan diqqətinin əhəmiyyətini qeyd etmiş və bu kontekstdə münaqişələrin önlənməsinin və davam edən münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulamışdır.