“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 dekabr 2014

Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarovun NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində olan toplantısında çıxışı, Brüssel, 2 Dekabr 2014-cü il

Qeyri-rəsmi tərcümə 
 
Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarovun 
NATO-nun Əfqanıstan üzrə nazirlər səviyyəsində olan toplantısında çıxışı
 
Brüssel, 2 Dekabr 2014-cü il
 
 
Hörmətli cənab Baş katib,
 
İlk öncə, icazə verin Sizi bu vacib vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edim. Təqdirəlayiq haldır ki, bu statusda sədrlik etdiyiniz nazirlər səviyyəsində olan görüşdə NATO-nun tərəfdaş ölkələri də iştirak edirlər. Cənab Rasmussen etibarlı tərəfdaşlar, o cümlədən mənim ölkəm ilə fəal iş aparırdı və sizinlə də əməkdaşlığımızın məhsuldar olacağına əminəm. Mən eləcə də sizin NATO-nun Əfqanıstanda növbəti ali mülki nümayəndəsi kimi Səfir Aramaz barəsində seçiminizi təqdir edirəm. Bu düzgün seçimdir. 
 
Dünən Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Dr. Abdulla Bakıda idilər və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan hökumətinin üzvləri ilə Əfqanıstanın gələcəyinə dair intensiv və açıq fikir mübadiləsi aparmışdılar. Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi vardır. Bu yalnız təhlükəsizlik deyildir. Əlbəttə ki, təhlükəsizlik davamlılığın ilk sütunudur. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşmişdir, amma biz bütün bu təhdidləri aşmağı bacardıq və böyük irəliləyişə nail olduq. Ona görə də Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və Əfqanıstan üçün model ola bilər. 
 
Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir. Dəmir yol əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hal-hazırda ölkədə bir dəmir yol əlaqəsi vardır. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmir yol layihəsi ölkənin davamlı inkişafı üçün vacib elementlərdən biridir. 
 
Qətiyyətli dəstək missiyasının başlanması Əfqanıstanın gələcəyi üçün vacibdir. Qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacaqdır.
 
Bizim regionda olan proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir. 
 
Təşəkkür edirəm.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti