Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ABŞ-ın NATO yanında daimi nümayəndəsi, səfir Culian Smis ilə görüşüb
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ABŞ-ın NATO yanında daimi nümayəndəsi, səfir Culian Smis ilə görüşüb.
Söhbət zamanı 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə qarşı qəsdən törədilmiş son terror aktı müzakirə edilib. Bu xüsusda, Nümayəndəliyin başçısı ABŞ rəsmilərinin Azərbaycana birmənalı və çevik dəstəyini alqışlayıb.
Görüşdə həmçinin NATO-Azərbaycan tərəfdaşlığı, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, Azərbaycan və Ermənistan arasında normallaşması prosesi, Laçın yolu ətrafında vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında çox faydalı fikir mübadiləsi aparılıb.