“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 iyun 2023

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin NATO Parlament Assambleyasının Baş katibi, xanım Ruksandra Popa ilə görüşünə dair məlumat.

08 iyun 2023 tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Parlament Assambleyasının Baş katibi, xanım Ruksandra Popa ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası Milli Məclisi ilə NATO Parlament Assambleyası arasındakı əməkdaşlıq, eləcə də Azərbaycan millət vəkillərinin NATO Parlament Assambleyasının bu ilin may ayında Lüksemburqda baş tutmuş yaz sessiyasında, həmçinin payızda Danimarkada keçiriləcək illik sessiyasında iştirakı barədə söhbət edilib.

Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, ölkəmizin Şərqlə Qərb arasında tranzit əlaqəsindəki rolu, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ətrafında müzakirələr aparılıb.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti