Azərbaycan Respublikasının nümayəndə heyəti NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarında iştirak etmişdir
Nümayəndəliyin başçısı Qaya Məmmədov Milli Məclisin nümayəndə heyəti ilə birlikdə NATO Parlament Assambleyasının 25-26 aprel 2019-cu il tarixlərində Belçikanın Brüssel şəhərində keçirilmiş 100-cü Rouz-Rot seminarında iştirak etmişdir.
Yubiley xarakterli tədbir zamanı Rouz-Rout proqramı çərçivəsində əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyətlər diqqət mərkəzində olmuşdur. Tədbir iştirakçıları eyni zamanda Avro-Atlantik məkan və ətraf regionlarda təhlükəsizlik məsələləri, NATO-nun tərəfdaşlıqları və Alyansın genişlənməsinin parlament istiqaməti məsələlərinə dair fikir mübadiləsi aparmışlar.