Azərbaycan Respublikasının nümayəndə heyəti NATO Parlament Assambleyasının Yaz Sessiyasında iştirak etmişdir
Nümayəndəliyin başçısı Qaya Məmmədov Milli Məclisin nümayəndə heyəti ilə birlikdə NATO Parlament Assambleyasının 31 may-3 iyun 2019-cu il tarixlərində Slovakiyanın Bratislava şəhərində keçirilmiş Yaz Sessiyasında iştirak etmişdir.
Sessiyanın komitə iclasları çərçivəsində iştirakçılar silahlara nəzarət, çəkindirmə siyasəti, Şimali Atlantikada təhlükəsizlik, NATO-nun təlimləri, rəqəmsal şəbəkələr və kiber təhlükəsizlik, süni intellekt, NATO-nun sualtı hərbi əməliyyat imkanları, Alyansın dəyərləri, Ukraynada təhlükəsizlik vəziyyəti, Afrikada sabitlik, NATO-Rusiya əlaqələri kimi məsələlərə dair müzakirələr aparmışlar.