C.Ə.Hüseynzadənin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2022-ci il
Mənbə: president.az