Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.
Görüş zamanı NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik, habelə enerji təhlükəsizliyinə verdiyi töhfələr ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Nümayəndəliyin başçısı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi və regiondakı vəziyyət barədə cənab Ceoanaya məlumat verib.
M.Ceoana Azərbaycan Prezidenti cənab İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.