Hikmət Hacıyev NATO mənzil-qərargahına səfər edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO mənzil-qərargahına səfər etmişdir.
Səfər çərçivəsində cənab Hacıyev NATO Baş katibinin müavini xanım Radmila Şekerinska ilə səmərəli görüş keçirmişdir. Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri, eləcə də regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələlər ətrafında müzakirə aparmışdır. Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələr vurğulanaraq, Azərbaycanın NATO-nun uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu qeyd edilmişdir.
Cənab Hacıyev, həmçinin NATO Baş katibinin Şəxsi Ofisinin birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşmüşdür.