NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlandırılıb
NATO mənzil-qərargahına rəsmi səfəri çərçivəsində 24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədr müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanla ikitərəfli görüş keçirib.
Görüş zamanı ANAMA-nın nümayəndə heyəti ölkəmizdə mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Görüş çərçivəsində, eyni zamanda, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq, yeni texnologiyaların tətbiqi, Qərvənd Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun yaradılmasının tezləşdirilməsi məsələləri müzakirə edilib.