“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 sentyabr 2025

NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

NATO mənzil-qərargahında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone arasında görüş keçirilib.

Görüşdə “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və gələcək perspektivləri müzakirə edilib.

Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti