19 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Xavyer Kolomina Pirizi qəbul edib
19 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Xavyer Kolomina Pirizi qəbul edib. Tərəflər NATO-Azərbaycan tərəfdaşlığının perspektivlərini müzakirə ediblər. Görüş zamanı, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın iki ölkə arasında sülh prosesini pozmaq üçün həyata keçirdiyi təxribatlar, Laçın yolu ilə bağlı əsassız iddiaları və mina təhlükəsi barədə Cənab Kolominaya məlumat verilib.