“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 sentyabr 2017

Prezident İlham Əliyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

Ceyms Appaturay NATO adından ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını ifadə etdi. Ceyms Appaturay Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirdi ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu dedi və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirdi.

Mənbə:  AZƏRTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti