“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 iyul 2019

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Xüsusi Əməliyyatlar Qərargahı komandanı ilə görüş keçirib

İyulun 3-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan NATO-nun Xüsusi Əməliyyatlar Qərargahının komandanı vitse-admiral Kolin Kilreynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.


Azərbaycan ilə NATO arasında 25 illik davamlı əməkdaşlıqdan danışan Baş Qərargah rəisi bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan ordusunun müvafiq proqramlarda  aktiv iştirakını və Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfəni qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən vitse-admiral K.Kilreyn ölkəmizin Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda sülhməramlılarımızın göstərdiyi peşəkarlığı yüksək qiymətləndirib. Tərəflər Azərbaycan və NATO-nun xüsusi təyinatlı qüvvələri arasında mümkün əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti