“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2020

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində anılmışdır

12 dekabr 2020-ci ildə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində anılmışdır.

Nümayəndəliyin başçısı Qaya Məmmədov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin və nizami ordu quruculuğunun banisi olduğunu qeyd edərək, Vətən Müharibəsində qazanılmış qələbə ilə Ulu Öndərin vəsiyyətinin yerinə yetirildiyini bildirdi.

Hərbi nümayəndə polkovnik Ağaverdi Quliyev Ümummilli Liderin hələ sovet dövründən azərbaycanlı hərbçi kadrların hazırlanması işinə böyük diqqət göstərdiyini qeyd edərək, nizami ordunun Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qurulduğunu qeyd etdi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti