“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 dekabr 2025

Xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəminə daxil olan təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin qorunması, təhsil və digər məsələlər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti