1992 |
|
31 mart |
Azərbaycan yeni təsis edilmiş Şimali Atlantika Əməkdaşlıq Şurasına (ŞAƏŞ) qoşulur. |
1994 |
|
10-11 yanvar |
Brüsseldə keçirilmiş NATO Zirvə Toplantısında NATO ilə fərdi tərəfdaş dövlətlər arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədini daşıyan Sülh Naminə Tərəfdaslıq (SNT) proqramı təsdiq olunur. Bu proqrama ŞAƏŞ-ə cəlb olunan bütün tərəfdaşlar, o cümlədən ATƏM-in iştirakçı dövlətləri dəvət olunur. |
4 may |
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev NATO Mənzil Qərargahına səfər edir və Sülh naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalayır. |
1995 |
|
31 oktyabr |
Azərbaycan ilə NATO arasında həssas və/və ya imtiyazlı məlumatların qorunması üzrə Təhlükəsizlik Sazişi imzalanır. |
1996 |
|
19 aprel |
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Azərbaycanın SNT Təqdimat Sənədini təsdiq edir. |
23 aprel |
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev NATO Mərkəzi Qərargahına (MQ) səfəri zamanı Azərbaycanın SNT Təqdimat Sənədini NATO-nun Baş Katibi cənab Xaviyer Solanaya təqdim edir. |
14 oktyabr |
Şimali Atlantika Şurası (ŞAŞ) Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramını (FTP) təsdiq edir. |
1997 |
|
13 fevral |
NATO-nun Baş Katibi cənab Xaviyer Solana Azərbaycana səfər edir. O, Prezident tərəfindən qəbul edilir, Milli Məclisdə çıxış edir və bir sıra digər dövlət rəsmiləri ilə görüşlər keçirir. |
30 may |
ŞAƏŞ Avro-Atlantik Tərəfdaşlıq Şurası (AATŞ) ilə əvəz olunur. |
8 iyul |
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Madriddə keçirilən Avro-Atlantika Tərəfdaşlıq Şurası (AATŞ) formatında keçirilən NATO Sammit toplantısında iştirak etmişdir. |
14 noyabr |
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev NATO ilə əməkdaşlığı daha da gücləndirmək tədbirləri haqqında Sərəncam imzalayır. Sərəncama müvafiq olaraq, müxtəlif Nazirliklərdən ibarət NATO ilə Əməkdaşlıq üzrə xüsusi Komissiya yaradılır. |
21 noyabr |
Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın NATO yanında diplomatik Nümayəndəliyinin təsis edilməsi barədə Sərəncam imzalayır. |
noyabr |
Azərbaycan tərəfdaşlar arasında ilkin dövlətlərdən biri kimi NATO-nun əməliyyatlar üzrə müdafiə planlaşdırmasına onun daha sıx cəlb edilməsi məqsədini daşıyan Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulur. |
1998 |
|
12 may |
Üzvlüyə dəvət almış üç dövlət də daxil olmaqla, NATO Siyasi Komitəsinin “19+1” formatında keçirilən iclasında Azərbaycanın SNT-də iştirakı və regional təhlükəsizlik məsələləri müzakirə edilir. |
30 sentyabr -1 oktyabr |
NATO-nun Baş Katibi cənab Xaviyer Solana Azərbaycana səfər edir. O, Prezident, Milli Məclisin spikeri, Baş Nazir və digər dövlət rəsmiləri ilə görüşlər keçirir və “Çıraq-1” neft platformasını, Bakı Ali Hərbi Məktəbini və Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı Bölüyünü ziyarət edir. |
15 noyabr |
Azərbaycan NATO-nun SNT üzrə Qüvvələrinin Statusu barədə Sazişi (SOFA) və ona Əlavə Protokolu imzalayır. Saziş 20.11.1999-cu il tarixində qüvvəyə minir. |
1999 |
|
26 aprel |
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Vaşinqtonda keçirilən AATŞ formatında NATO Sammit toplantısında iştirak etmişdir. |
1 sentyabr |
Azərbaycan Kosovoda NATO-nun başçılığı ilə keçirilən sülhməramlı əməliyyata dəstək vermək məqsədilə oraya bir tağım göndərir. |
Sentyabr |
AATŞ çərçivəsində Qafqazda regional əməkdaşlıq üzrə xüsusi İşçi Qrupu yaradılır. |
2000 |
|
27-28 aprel |
NATO Hərbi Komitəsinin sədri admiral Q. Venturoni Azərbaycana səfər edir. Səfər zamanı Azərbaycan qurumları ilə Azərbaycan-NATO hərbi əməkdaşlığının gələcək perspektivləri müzakirə olunur. |
2001 |
|
16-17 yanvar |
NATO-nun Baş Katibi cənab Corc Robertson Azərbaycana səfər edir. O, Prezident, Milli Məclisin spikeri, Baş Nazir, Xarici İşlər Naziri, Müdafiə Naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirir. Baş Katib Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülür. |
2002 |
|
17-18 yanvar |
NATO Parlament Assambleyasının (PA) Prezidenti cənab Rafael Estrella Azərbaycan Parlamentinin spikerinin dəvətinə əsasən Bakıya səfər edir. NATO PA-nın Prezidenti səfər zamanı Hökumət və Parlamentdə yüksək rütbəli rəsmilər ilə görüşlər keçirir. |
15 noyabr |
Azərbaycan ISAF əməliyyatlarına dəstək məqsədilə Əfqanıstana sülhməramlı tağım göndərir. |
15-19 noy |
NATO PA Azərbaycana assosiativ üzvü statusunun verilməsi ilə bağlı qərar qəbul edir. |
22 noyabr |
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev AATŞ fornatında NATO-nun Praqada keçirilən Sammitində iştirak etmişdir. |
2003 |
|
2 aprel |
Azərbaycan ilə NATO arasında SNT Etimad Fondu üzrə Sazişin icrasına dair NAMSA Anlaşma Memorandumu imzalanır. |
23 aprel |
NATO MQ-də Saloğlu Etimad Fondu təqdim olunur və NATO dövlətləri tərəfindən təsdiq edilir. NAMSA və ANAMA bu layihənin icraçı qurumları təyin olunurlar. |
15 may |
NATO-nun Baş Katibi cənab Corc Robertson növbəti dəfə Azərbaycana səfər edir. O, Virtual İpək Yolu Layihəsinin açılışında, NATO ilə Əməkdaşlıq üzrə Komissiyanın iclasında iştirak edir və Milli Məclisdə çıxış edir. Səfər zamanı Azərbaycan Baş Katibə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına (FTƏP) qoşulmaq niyyəti haqqında rəsmən məktub təqdim edir. |
2004 |
|
mart |
Azərbaycan NATO-nun Əməliyyat İmkanları Konsepsiyasına (ƏİK) qoşulur və bir piyada bölüyünü ƏİK Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində NATO əməliyyatları üçün ortaq qüvvələr birliyinə bəyan edir. |
19 may |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev NATO MQ-yə səfər edir, Azərbaycanın birinci FTƏP Təqdimat Sənədini NATO-nun Baş Katibi cənab Yaap de Hoop Sxefferə təqdim edir və ŞAŞ-da çıxış edir. |
28 iyun |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev NATO-nun İstanbul Zirvə Toplantısında iştirak edir. Zİrvə Görüşündə Müttəfiq liderlər Qafqaza xüsusi diqqət yönəldirlər – Region üzrə NATO-nun xüsusi nümayəndəsi və əlaqələndirici zabiti təyin olunur. |
6 iyul |
Azərbaycan Xarici İşlər Naziri cənab E.Məmmədyarov NATO MQ-yə səfər edir. Səfər zamanı Azərbaycanın FTƏP-ə qoşulması və təcrübi əməkdaşlıqla bağlı bir sıra digər məsələlər müzakirə edilir. |
15 sentyabr |
NATO-nun Baş Katibi Qafqaz və Mərkəzi Asiya üzrə birinci Xüsusi Nümayəndəsini təyin edir. |
17 sentyabr |
FTƏP Təqdimat Sənədində əks olunmuş təhlükəsizlik sektorunun islahatı barədə məqsədlərə müvafiq olaraq Prezidentin Sərəncamı ilə Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupu yaradılır. |
4-5 noyabr |
NATO-nun Baş Katibi cənab Yaap de Hoop Sxeffer Azərbaycana səfər edir. O, Prezident və Xarici İşlər Naziri ilə görüşlər keçirir və NATO ilə Əməkdaşlıq üzrə Komissiyanın iclasında iştirak edir. |
2005 |
|
6-9 fevral |
Baş Katibin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmons Bakıya səfər edir. O, Prezident tərəfindən qəbul edilir və bir sıra Nazirliklərdə görüşlər keçirir. |
14 fevral |
Azərbaycan ilə NATO arasında Azərbaycan üzrə SNT Etimad Fondunun Maliyyə İdarəçiliyi üzrə Saziş imzalanır. |
27 may |
ŞAŞ Azərbaycanın birinci FTƏP sənədini təsdiq edir. |
3 avqust |
Azərbaycan Prezidenti FTƏP-in icrası üzrə Sərəncam imzalayır. |
17-20 noyabr |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Simmons növbəti dəfə Bakıya səfər edir. O, Prezident tərəfindən qəbul edilir, Saloğlu Etimad Fondunun açılış mərasimində və NATO ilə Əməkdaşlıq üzrə Komissiyanın nazir müavinləri səviyyəsində iclasında iştirak edir, Müdafiə və Milli Təhlükəsizlik Nazirliklərində və Dövlət Sərhəd Xidmətində görüşlər keçirir və Bakı Dövlət Universitetinin tələbələri qarşısında çıxış edir. |
2006 |
|
fevral |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
15 mart |
Həmin ekspertlər Azərbaycanın FTƏP sənədinin yerinə yetirilməsi üzrə Qiymətləndirmə Hesabatı hazırlayır. Hesabatda FTƏP-in yerinə yetirilməsində Azərbaycan tərəfindən əhəmiyyətli uğur əldə edildiyi qeyd edilir. |
9-12 aprel |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Simmons növbəti dəfə Bakıya səfər edir. O, Prezident tərəfindən qəbul edilir, Xarici İşlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərində və Milli Məclisdə görüşlər keçirir və NATO ilə Əməkdaşlıq üzrə Komissiyanın nazir müavinləri səviyyəsində iclasında iştirak edir. |
aprel |
Ağstafa rayonunun Saloğlu kəndində keçmişdə hərbi baza olmuş ərazidən partlamamış hərbi sursatların təmizlənməsi üzrə NATO SNT Etimad Fondu layihəsi fəaliyyətə başlayır. |
iyul |
NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının dəstəyi ilə Azərbaycanda kəskin formada zəhərli maddə olan melanjın gübrəyə çevrilməsi üzrə zavod fəaliyyətə başlayır. |
8-10 oktyabr |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Simmons növbəti dəfə Bakıya səfər edir. |
8 noyabr |
Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyev NATO Baş Katibi ilə görüşür və ŞAŞ-ın iclasında çıxış edir. |
28-29 noyabr |
NATO üzv-dövlətləri ŞAŞ-ın Riqada keçirilmiş görüşündə qəbul edilmiş Bəyanata əsasən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. |
2007 |
|
11-16 fevral |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
14-17 mart |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Simmons Bakıya səfər edir. |
2 may |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov NATO MQ-yə səfər edir. |
27-28 sentyabr |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Simmons Bakıya səfər edir. |
19 oktyabr |
Azərbaycan Əfqanıstanda hərbi kontingentini iki dəfə artırır. |
2008 |
|
4 mart |
Azərbaycan hərbi qulluqçuları KFOR üzrə missiyalarını başa çatdırır. |
5 mart |
NATO PA-nın Prezidenti cənab Jose Lello Azərbaycana bir günlük səfər edir və Prezident, Baş Nazir, Xarici İşlər və Müdafiə Naziri ilə görüşlər keçirir. |
7 mart |
Azərbaycan and NATO ikinci FTƏP sənədini razılaşdırılar. |
2-4 aprel |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Buxarest şəhərində keçirilmiş NATO/AATŞ və ISAF formatlı Zirvə Toplantılarına qatılır. NATO üzv-dövlətləri Buxarest Zirvə Toplantısının Bəyanatına əsasən Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. |
21-25 aprel |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP və PAP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
25 iyun |
Melanj layihəsi başa çatır. |
17 sentyabr |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov NATO MQ-yə səfər edir. |
2 oktyabr |
Azərbaycan Əfqanıstanda hərbi kontingentini yenidən iki dəfə artırır. |
2 dekabr |
NATO üzv-dövlətlərinin Xarici işlər nazirləri yenidən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllinə dəstək ifadə edir. |
9 dekabr |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov NATO MQ-yə səfər edir. |
16 dekabr |
NATO Baş Katibinin müavini Səfir Klaudio Bisogniero Azərbaycana səfər edir. |
2009 |
|
3-4 aprel |
NATO-nun Strasburq/Kehl şəhərlərində keçirilmiş Zirvə Toplantısında İttifaq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və regiondakı münaqişələrin bu prinsiplər nəzərə alınaraq həllinə dəstəyini yenidən ifadə edir. |
20-23 aprel |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP və PAP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
29 aprel |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev NATO Baş Katibi ilə görüşür və ŞAŞ-da çıxış edir. |
11-12 iyun |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev NATO MQ-yə səfər edərək NATO Müdafiə Nazirlərinin görüşündə iştirak edir. |
15 iyul |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov NATO MQ-yə səfər edir və ŞAŞ+Azərbaycan görüşünə qatılır. |
4 dekabr |
Azərbaycan Xarici işlər nazirinin müavini cənab A.Əzimov NATO-da İSAF-a töhfə verən dövlətlərin Xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşdə iştirak edir. |
2010 |
|
5 fevral |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə Türkiyənin İstanbul şəhərində keçirilən görüşündə iştirak edir. |
16 may |
Azərbaycanın Əfqanıstana qeyri-hərbi yardımı ilə bağlı mövcud vəziyyətin dəyərləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə Azərbaycan Xarici işlər nazirinin müavini cənab A.Əzimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstana iki günlük səfər edir. |
11 iyun |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak etmək məqsədilə NATO Mərkəzi Qərargahına səfər edir. |
15-16 iyun |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Robert Simmons Azərbaycana səfər edir. |
1 oktyabr |
Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahına səfər edir. Səfər çərçivəsində cənab E.Məmmədyarov NATO-nun Baş Katibinin müavini cənab K.Bizonyero ilə ikitərəfli görüş keçirmiş, Şimali Atlantika Şurasının Azərbaycan ilə keçirilmiş “28+1” formatlı iclasında iştirak etmişdir. |
20 noyabr |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İSAF-a töhfə verən ölkələrin Lissabonda keçirilən Sammit toplantısında iştirak etmişdir. NATO-nun Lissabon Zirvə Toplantısının Bəyannaməsində NATO üzv-dövlətlərinin ölkəmizin ərazi bütövlüyünün məhz münaqişənin həlli kontekstində dəstəkləməsi ilə bağlı mövqeyini əks etdirən bənd bir daha təsdiq edilmişdir. |
2011 |
|
11 mart |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak etmək məqsədilə NATO Mərkəzi Qərargahına səfər edir. |
14 aprel |
Azərbaycan Xarici işlər nazirinin müavini cənab A.Əzimov Şimali Atlantika Şurasının ISAF əməliyyatına töhfə verən dövlətlərlə Xarici işlər nazirləri səviyyəsində görüşündə iştirak etmişdir. |
5 may |
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO Hərbi Komitəsinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə Baş Qərargah rəisləri səviyyəsində Brüsseldə keçirilmiş iclasına qoşulmuşdur. |
9 iyun |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak etmək məqsədilə NATO Mərkəzi Qərargahına səfər edir. |
5 iyul |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Jeyms Appaturay Azərbaycana səfər edir. Səfər zamanı cənab Appaturay Prezident tərəfindən qəbul edilir, dövlət və parlament rəsmiləri ilə görüş keçirir və NISA Yay Sessiyasında çıxış edir. |
8 iyul |
Azərbaycanın Saloğlu regionunda 4400 hektardan ibarət geniş ərazidə yerli əhali üçün ciddi humanitar, sosial-iqtisadi və ətraf mühit təhlükəsi törədən partlayıcı maddələrin təmizlənməsi üzrə NATO Etimad Fondu layihəsi başa çatır. |
8 iyul |
Meydana Gələn Çağırışlar üzrə NATO Baş Katibinin müavini Qabor İklodi Azərbaycana səfər edir. Səfər zamanı cənab İklodi Prezident tərəfindən qəbul edilir, yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirir və Saloğlu SNT Etimad Fondu layihəsinin bağlanış mərasimində iştirak edir. |
24-25 noyabr |
NATO Baş Katibinin Müdafiə Siyasəti və Planlaşdırma üzrə müavini Hüseyin Diriöz Bakıya səfər edir. Səfər zamanı cənab Diriöz Bakıda NATO-nun dəstəyi ilə keçirilən sərhəd təhlükəsizliyi üzrə seminarda iştirak edir və ölkəmizin aidiyyəti qurumlarının rəhbərlikləri ilə görüşlər keçirir. |
8 dekabr |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov Şimali Atlantika Şurasının Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO dövlətləri ilə Xarici işlər nazirləri səviyyəsində keçiriən görüşündə iştirak etmək məqəsdilə NATO MQ-yə səfər edir. |
19 dekabr |
ŞAŞ Azərbaycanın üçüncü FTƏP sənədini təsdiq edir. |
2012 |
|
10 fevral |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Jeyms Appaturay Azərbaycana səfər edir. Səfər zamanı cənab Appaturay dövlət rəsmiləri ilə görüş keçirir, NISA və ADA tələbələri ilə görüşüb. |
15 fevral |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev NATO Baş Katibi ilə görüşür və ŞAŞ-da çıxış edir. |
9-13 aprel |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP və PAP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
19 aprel |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov Şimali Atlantika Şurasının Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO dövlətləri ilə Xarici işlər nazirləri səviyyəsində keçiriən görüşündə iştirak etmək məqəsdilə NATO MQ-yə səfər edir. |
21 may |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çikaqo şəhərində Dövlət və Hökumət Başçılarının Əfqanıstan üzrə görüşündə iştirak edib. NATO-nun Çikaqo Zirvə Toplantısının Bəyannaməsində NATO üzv-dövlətlərinin ölkəmizin ərazi bütövlüyünün məhz münaqişənin həlli kontekstində dəstəkləməsi ilə bağlı mövqeyini əks etdirən bənd bir daha təsdiq edilmişdir. |
24 iyun |
Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi yekunlaşıb. |
5 iyul |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Jeyms Appaturay Azərbaycana səfər edir. Səfər zamanı cənab Appaturay dövlət rəsmiləri ilə görüş keçirir, NISA Yay Sessiyasında və Jeyrançöl Təmizləmə Layihəsinin təqdimatında çıxış edir. |
6-7 sentyabr |
NATO Baş Katibi Anders Foq Rasmussen Azərbaycana səfər edir. |
10 oktyabr |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak etmək məqsədilə NATO Mərkəzi Qərargahına səfər edir. |
31 oktyabr |
Azərbaycanın Xarici işlər nazirinin müavini A.Əzimov və Nəqliyyat nazirinin müavini M.Pənahov Gürcüstan və Türkiyəli həmkarları ilə ISAF formatında Şimali Atlantika Şurasında Mərkəz marşrutunun, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq limanı layihələrinin tamamlanmasının yaradacağı imkanlar barədə birgə təqdimatla cıxış edirlər. |
5 dekabr |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov Şimali Atlantika Şurasının Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO dövlətləri ilə Xarici işlər nazirləri səviyyəsində keçiriən görüşündə iştirak etmək məqəsdilə NATO MQ-yə səfər edir. |
2013 |
|
22 fevral |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak etmək məqsədilə NATO Mərkəzi Qərargahına səfər edir. |
8-9 aprel |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP və PAP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
22 may |
Bakıda “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO Tərəfdaşlıq Konfransı keçirilir. NATO baş katibinin Meydana gələn təhlükəsizlik çağırışları üzrə müavini Qabor İklodi Azərbaycana səfər edir, dövlət başçısı və Xarici İşlər Nazirləri ilə görüşür. |
31 may |
NATO Baş Katibinin İctimai Diplomatiya üzrə müavini Kolinda Qrabar-Kitarovic, Qadın, Sülh və Təhlükəsizlik üzrə Xüsusi Nümayəndəsi Mari Skare və Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Jeyms Appaturay Azərbaycana səfər edir. |
26 iyun |
NATO Mənzil Qərargahında Azərbaycan Respublikasının 2013-cü il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) Qiymətləndirmə sənədinin 28+1 formatında müzakirəsi keçirilir. |
6-10 noyabr |
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov Brüsselə - NATO baş qərargahına səfər edir, Siyasi və Tərəfdaşlıq Komitəsinin toplantısında “Ceyrançöl” layihəsi barədə hesabatla çıxış edir. |
4 dekabr |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov Şimali Atlantika Şurasının Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO dövlətləri ilə Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşündə iştirak etmək məqəsdilə NATO MQ-yə səfər edir. |
2014 |
|
15 yanvar |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev NATO Baş Katibi ilə görüşür və ŞAŞ-da çıxış edir. |
22-23 yanvar |
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO Hərbi Komitəsinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO dövlətlərinin Baş Qərargah rəislərinin iclasında iştirak edir. |
27 fevral |
Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin Müdafiə Nazirlərinin Brüsseldə, NATO Mənzil Qərargahında keçirilən iclasında iştirak edir. |
2-5 iyun |
Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov NATO Müdafiə Nazirlərinin ISAF-a töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak etmək məqsədilə NATO Mərkəzi Qərargahına səfər edir, həmçinin NATO Hərbi Qərargahında (SHAPE) NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı ilə görüşür. |
8 iyul |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Jeyms Appaturay və NATO Dəstək Agentliyinin (NSPA) baş meneceri Mayk Layden Azərbaycana səfər edir. Səfər zamanı dövlət rəsmiləri ilə görüşlər keçirilib, Jeyrançöl Təmizləmə Layihəsinin ikinci mərhələsinin başlanması münasibəti ilə tədbir təşkil edilib. |
4 sentyabr |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kardiff şəhərində Dövlət və Hökumət Başçılarının Əfqanıstan üzrə görüşündə iştirak edib. NATO-nun Uels Zirvə Toplantısının Bəyannaməsində NATO üzv-dövlətlərinin ölkəmizin ərazi bütövlüyünün məhz münaqişənin həlli kontekstində dəstəkləməsi ilə bağlı mövqeyini əks etdirən bənd bir daha təsdiq edilmişdir. |
2 dekabr |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə iştirak etmək məqəsdilə NATO MQ-yə səfər edir. |
2015 |
|
16-19 mart |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP və PAP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
23 aprel |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahına rəsmi səfər edir. |
13 may |
Azərbaycan Xarici işlər naziri cənab E.Məmmədyarov NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Xarici işlər nazirləri səviyyəsində Antalyada keçirilən görüşündə iştirak edir. |
21 may |
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin, həmçinin Uyarlıq Platforması Tərəfdaş dövlətlərinin Baş Qərargah rəislərinin iclasında iştirak edir. |
1 dekabr |
Azərbaycan xarici işlər naziri cənab E.Məmmədyarov NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirləri səviyyəsində NATO Mənzil Qərargahında keçirilən görüşündə iştirak edir. |
17 dekabr |
NATO Mənzil Qərargahında Azərbaycan Respublikasının 2015-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) Qiymətləndirmə sənədinin 28+1 formatında müzakirəsi keçirilir. |
2016 |
|
20 yanvar |
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Baş Qərargah rəislərinin iclasında iştirak edir. |
16 fevral |
NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Jeyms Appaturay Azərbaycana səfər edir. Səfər zamanı cənab Appaturay Prezident tərəfindən qəbul edilir, xarici işlər nazir cənab Elmar Məmmədyarov və müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov ilə görüşür. |
7-11 mart |
NATO ekspertləri Bakıda Azərbaycanın FTƏP və PAP sənədinin yerinə yetirilməsi üzrə qiymətləndirmə aparır. |
18 may |
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin, həmçinin Uyarlıq Platforması Tərəfdaş dövlətlərinin Baş Qərargah rəislərinin iclasında iştirak edir. |
20 may |
Azərbaycan xarici işlər naziri cənab E.Məmmədyarov NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirləri səviyyəsində NATO Mənzil Qərargahında keçirilən görüşündə iştirak edir. |
31 may-1 iyun |
Xarici İşlər Naziri cənab E. Məmmədyarov NATO Mənzil Qərargahına səfər edərək ŞAŞ+Azərbaycan iclasında çixiş edir. Səfər çərçivəsində NATO Baş Katibi ilə ikitərəfli görüş keçirilir. |
8-9 iyul |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Varşava şəhərində Dövlət və Hökumət Başçılarının Əfqanıstan üzrə görüşündə iştirak edib. NATO-nun Varşava Zirvə Toplantısının Bəyannaməsində NATO üzv-dövlətlərinin ölkəmizin ərazi bütövlüyünün məhz münaqişənin həlli kontekstində dəstəkləməsi ilə bağlı mövqeyini əks etdirən bənd bir daha təsdiq edilmişdir. |