“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2025

Azərbaycan Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) qoşulmuşdur

NATO Müttəfiq Transformasiya Komandanlığında Azərbaycan, Portuqaliya, Rumıniya, Türkiyə və Yunanıstan nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə ölkəmizin ilk dəfə Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanmışdır.

Sözügedən mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsi üçün iştirakı, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.

İmzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcəkdir.

Bu tənzimləmə sənədinə uyğun olaraq, NATO-nun Dəniz Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində (DGMM/MARSEC COE) Azərbaycan bayrağı dalğalanacaq və burada ölkəmizin bir təmsilçisi daimi fəaliyyət göstərəcəkdir.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti