Azərbaycanın NATO yanındakı nümayəndəliyində Ulu Öndərin anım mərasimi keçirilib
12 dekabr 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində böyük ehtiramla anılıb.
Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nümayəndəliyin başçısı Cəfər Hüseynzadə anım tədbirində çıxış edərək Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin və nizami ordu quruculuğunun, habelə NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın banisi olduğunu qeyd edib. Nümayəndəliyin başçısı Ümummilli Liderin ölkəmizə böyük və əvəzedilməz töhfələri barədə danışarkən 1993-cü ildə onun Azərbaycana böyük qayıdışı ilə tariximizdə ən dinamik və uğurlu tarixi dövrün başlandığını vurğulayıb.
Nümayəndəliyin başçısı əlavə edib ki, Ulu Öndərin irsi hər zaman ölkənin gələcək nəsilləri üçün bir yol göstərici və ilham qaynağı olacaq.