“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 27 oktyabr 2024

Bakı şəhərində Enerji və ətraf mühit təhlükəsizliyi üzrə ekspertlər səviyyəsində Azərbaycan-NATO Dəyirmi Masası keçirilmişdir

Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi çərçivəsində 2024-cü ilin 28 oktyabr tarixində Bakı şəhərində Enerji və ətraf mühit təhlükəsizliyi üzrə ekspertlər səviyyəsində Azərbaycan-NATO Dəyirmi Masası keçirilmişdir.

Dəyirmi Masa iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqələri müzakirə etməyə imkan yaratmışdır. Tədbir çərçivəsində enerji təhlükəsizliyi, mühüm enerji infrastrukturunun mühafizəsi, iqlim dəyişikliyi, ətraf mühit təhlükəsizliyi mövzları ətrafında fikir mübadiləsi aparılmışdır.

Tədbirdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid istiqamətində fəaliyyəti, o cümlədən COP29 tədbirinə ev sahibliyi xüsusi vurğulanmışdır.

Dəyirmi masada NATO-nun İnnovasiya, Hibrid və Kiber məsələləri bölməsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, Alyansın üzv və tərəfdaş ölkələrindən, o cümlədən ölkəmizin aidiyyəti qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertləri və akademik dairələrin nümayəndələri iştirak etmişdir.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti