“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 noyabr 2025

Hikmət Hacıyev NATO mənzil-qərargahında görüş keçirib

Brüsselə səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev NATO-nun Şimali Atlantika Şurasının Türkiyə, Slovakiya, Almaniya, Kanada, Danimarka, Bolqarıstan, Latviya, Lüksemburq, Böyük Britaniya, Rumıniya, Litva, Belçika, Polşa, Fransa, Estoniya, İtaliya, İsveç və Finlandiya səfirləri, eləcə də NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti (PASP) üzrə köməkçisi səfir Boris Ruge ilə NATO qərargahında əlamətdar görüş keçirib.

Görüş zamanı NATO-nun Şimali Atlantika Şurası səfirlərinin Azərbaycana son səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilmiş görüş xüsusi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan–NATO tərəfdaşlığının uğurlu inkişafı və əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansa, o cümlədən Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də regional təhlükəsizlik və Azərbaycan–Ermənistan sülh gündəliyi ilə bağlı məsələlər daxil olmaqla bir sıra mövzular üzrə geniş müzakirələr aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti